expr:class='"loading" + data:blog.mobileClass'>

2 Ocak 2014 Perşembe

Gülən Camaatının Rüşvətə Münasibəti



Demək olar ki bütün siyasi tənqidlər hədəflərini hiyləgər və alçaq idarəçilər və onlara inanan və onların ardınca gedən sadəlöhv və avam, bir o qədər də məsum dəstəkçiləri olaraq 2 yerə ayırır:
  Alçaq idarəçilərin bağışlanma şansı nə qədər azdırsa, onların dəstəkçilərinin  bağışlanma ehtimalı o qədər çoxdur. Çünki bu gün birini dəstəkləyən sabah başqasını, təndiqçinin özünü belə dəstəkləyə bilər.
Bu baxımdan hamı dəstəkçilərə nisbətən ehtiyatla yanaşır. 

Nə də olsa, bütün oyunlar dəstəkçilər -  idarə olunanlar üzərinə qurulur.

Beləcə mən də Gülən Camaatının içindəki saf, inanmış, məsum minlərlə xoş niyyətli insanın varlığından yaxından məlumatlıyam, şahidəm hətta.  Bu avam və məsum insanlar, hərçənd ki əksəri Zaman qəzetindən başqa qəzet oxumadıqları halda, absolut inanışları səbəbi ilə Zaman qəzetinin ancaq doğruları yazdığından əmin olduqlarından, bu qəzetin çəkdiyi çərçivə daxilində, dünyada nə baş verdiyindən tam olaraq məlumatlı hiss edirlər özlərini.

Ona görə də bu qəzetin və onun fısıltı versiyası nın– “Abiler diyor ki..” – Gülən Camaatını istədiyi kimi yoğurduğu məlumdur.

Gələk Gülən Camaatının Korrupsiyaya münasibətinə..



1 Ağustos 2013 Perşembe

Kimə Xidmət edirik?



Aylar əvvəl ermənilər tərəfindən internetə yüklənmiş, videoların bloqum tərəfindən tərcümə edilərək yayımlanması, və Azərbaycan KİV-lərinin bu videoları 2 ay sonra kəşf edib gündəmə gətirməsi, düşüncə qıtlığı yaşayan insanları təbii ki qıcıqlandıracaqdı. Çünki daxil olan məlumatlar, beyinlərində düzgün analiz edilmədiyindən, anormal təsir verməliydi.

Ümumiyyətlə, Azərbaycanda əzbər pozan, sürüdən ayrılan fərdi hərəkət qabiliyyətinə malik bütün insanlar, həmin bu zehniyyət qarşısında “düşmən dəyirmanına su tökən”dir.

Azərbaycan cəmiyyətinin erməniləri əsrlərdən bəri görməzdən gəldiyi, saymadığına (ignore), onlardan həqiqi mənada bixəbər olduğuna görə, cəmiyyət olaraq, onlarla mücadilədə çətinlik çəkdiyimiz qənaətinə tələbəlik illərindən gəlmişdim.

Beləcə, düşməni tanımağın yolu onların dilini bilməkdən keçir deyə düşünürəm. Bu fikirlərimi müxtəlif forumlarda insanlarla bölüşdükcə, nə qədər haqlı olduğumu anlayırdım. Elə həmin illərdə , Bakı Dövlət Universitetində erməni dilinin akademik səviyyədə tədris olunduğu bir bölüm təsis edilmişdi. Artıq, Azərbaycanda da bu istiqamətdə real-profesional addımlar atılırdı. 

Lakin, Azərbaycanda olan təhsilin-pedaqojik metodların keyfiyyəti, o cümlədən toplumumuzda oturmuş “erməni stereotipi”nin yaratdığı fəsadlar (məs: erməni dili öyrənmək ermənilikdir, bu dili öyrənən ya ermənidir, ya qarışığı var, ermənilərə işləyir vs.) istər istəməz tələbələri çəkindirir, tərəddüddə qoyur, inkişafına mane olur. Digər tərəfdən erməni dili bilən insanın sanki avtomatik olaraq MTN işçisi, çətin əməliyyatlarda aktiv fəaliyyətlə məşğul olan kəşfiyyatçı olacaqmış kimi maraqlı fantaziyalar da, bəzi iradəsi zəif insanları yön dəyişdirməyə sövq edir. Halbuki, bu çox şərəfli işdir.

Gələk söhbətimin mustafasına..



4 Nisan 2013 Perşembe

Piramida



Hardasa 3 il əvvəl Türkiyədəki tələbələr arasında QNET xəstəliyi (quest.net) yayılmışdı. Harda geridə qalmış topluluqlar var, orda ortaya çıxır. Bu ticarət növünün necə işləməsi haqqında, plan-proqramı haqqında google-da axtarış edib, forumlarda oxuya bilərsiniz.


Dostlarım da bu ticarətə qurşanmışdı və israr edirdilər ki, mən də qatılım. Lakin hərifləyəmmədirlər.  Bir dəfə onlardan gizli, ticrətin marketinqini, baş bişirməyin üsullarını izah edən “8 tuğla” adlı oriyentasiya kitabçasını ələ keçirdib, fəndlərini də öyrənmişdim.
Ən yaxın dostlara belə işin özü əvvəlcə gizli saxlanılır, tanıtıma göstərişli, dəbdəbəli geyimdə şəxslərin cəlbi, sonra utopik xəyallarla qısa yoldan zənginlik vədləri. Əgər bütün bunlara rağmən hələ də bu ticari şəbəkəyə qoşulmursansa, sənə “qoyun, dar beyinli” kimi aşağılamalar eləməkdən də çəkinmirlər..
  
Mən həmişə, bu ticari şəbəkəni dini şəbəkəyə-camaatçılığa bənzədirəm. QNET (və bənzəri piramida şəbəkələri) qısa yoldan varlanmağı (dünyada cənnəti), din (camaat, təriqət) də əsl cənnəti vəd edir.



Siyasətin Manısları



Etiraf edirəm ki, bu gün mövcud olan gənclik quruluşlarından yalnızca “Nida” təşkilatı gənclər arasında vibrativ özəlliyə malikdir. Məhz bu səbəbdən də, ona qeyr-ixtiyari olaraq, öz ölçüsündən böyük ümidlər yüklənir, daha sonra isə tənqid olunur.
Tıkla söhbəti oxu
Bildiyiniz kimi, islam dini varlığını elan etməmişdən əvvəl  40 nəfərin imanını gözləməli olmuşdur. Həmin 40 nəfərin arasında isə hər təbəqədən adam var idi; əsilzadə, tacir, varlı, kasıb, qul, hərbçi, qoçu vs...

Bu sayədə, islam hər təbəqəyə rahatca çatdırıla bilinirdi.

Diqqət çəkmək istədiyim isə bu fərqli insanları birləşdirən iman anlayışı, islamın gətirdiyi qardaşlıq anlayışı sayəsində aralarındakı güvən duyğusudur. Bu insanlar, gizli toplantılar keçirir, lakin basqın yemirlər. Çünki səmimi olublar. Bu insanlar sadəqət abidələridir.

Haqq isə haqqdır, hansı dövrdə gəlməyindən asılı olmayaraq.

Bugün özlərini “haqq”lı iddia edən, nidaçıların vəziyyətindən gələk..



18 Ocak 2013 Cuma

Komandirim

Qarpiz böyür yata-yata,
əsgərə doqquz manata,
Arvadını sata-sata,
Gəzirsən, ay komandirim!

Belə getməz, bax, bu işlər,
əvvəl-axır biri bilər,

(Bir gün müstəntiq bilər)
Arvadını tutar siker,
Ağlayarsan, komandirim!

əsgər gedəndə görüşə,
Hazırlaşırsan dönüşə,
Beş-on manatlıq söyüşə,
Sevinirsən, komandirim!

Bu dünyanın sonu deyil,
Haqqa tərəf gəl sən əyil,
Qəhbəliyə salma meyil,
Sikilərsən, komandirim!

N.Dədə Qorqud söylər düzü,
Gizli qalmaz bax bu yazı,
Götündə yekə bir pazı,
Hiss edərsən, komandirim!

Aprel, 2012

* Daxili Qoşunlarda əsgərlərdən 9 manatlıq maaşlarını, o cümlədən müxtəlif bəhanələrlə ailələrinin göndərdiyi pulları mənimsəyən zabit gizirlərə xitabən...





13 Ocak 2013 Pazar

Dünyada Hərbi Xidmət


Son dönəmlərdə, tez-tez könüllü, profesiyonal ordu qurucuıluğu haqqında müzakirələr artır. Əsasən də Gürcüstan-Saaakaşvili rejimi və ordusu nümunə gətirilir bəlli insanlar tərəfindən.

Gürcüstanın 2008 Avqust Müharibəsi təcrübəsini, Gürcüstanda təhsil almış hüquqşunas H.İsayevlə danışmışdıq. Öz müşahidələri və şahid olduğu söhbətlərdən bu nəticəyə gəlmişdik ki, ildə bir neçə həftəlik təlim görərək ehtiyata buraxılan əsgərlər, müharibə zamanı silah altına alınmış, və böyük fiasko yaşanmışdır. At, arvad, silah üçlüsünün əmanət verilməyəcək qədər əhəmiyyətli olduğunu vurğulayan atasözümüz fonunda, həqiqətən də əsgər silahıyla bütünləşməmiş əsgər də sayılmaz heç..

Bu yazının əsas mövzusu isə digər ölkələrdəki səfərbərlik qaydaları haqqındadır.



11 Ocak 2013 Cuma

Talpanın sevimlisi – Üçüncü Tərəf

Bilmirəm, bu durumun elmi adı nədir. Amma vəziyyəti belə izah edim:

Təsəvvür elə ki, bir dənə talpanı sıxışdırırsan. Keyidir...sən. Keyidənlərin özləri də insan olduqlarına görə istər istəməz səhvlərə yol verirlər. Səhvləri incidir talpanı. Talpa incik olur. Talpa incidiyini deyir. İncidənlər səhvlərini boynuna götürmür. İki tərəf arasında prav-neprav söhbətini çözmək olmur.

Tam bu əsnada, üçüncü tərəf peyda olur. Üçüncü tərəf kimin prav kimin ne prav olmasını (lap soruşan olmasa da) deyəndə, prav elan edilən tərəfin sevimlisinə çevrilir. İncikliyin verdiyi əzikliklə, üçüncü tərəf ilahlaşdırılır. Üçüncü tərəfin elədiyi isə sadəcə talpanın eşitmək istədiyini deməkdən ibarətdir. Əgər neprav sayılıbsa, keyidənlər daha da aqressivləşərlər. İş inada minər…