expr:class='"loading" + data:blog.mobileClass'>

10 Aralık 2010 Cuma

Yüngülvari Düşüncələr-2: “Xəzər Lənkəran” və “Talış Milliyyətçiliyi”


Bir az da işimlə əlaqədar Azərbaycan Futbolunda, daha doğrusu mətbuatda yazılanları tez-tez oxumağa məcbur oluram. Yəqin sizə də məlumdur “Xəzər Lənkaran”ın tərəfdarlarının fanatikliyi. Əslində mən buna futbol fanatizmi yox, Azərbaycanın çörəyindən yemiş, suyundan içmiş hər bir insanın canında olan, tirpaşlıq deyərdim. Atalar məsəli var,
Hər xoruz öz hinində ötər”. 

Doğrudur. Amma “XL fanatlığı”nı mən ayrı cür alqılayıram. Keçmişdə də, məsələn 10 il bundan öncə də görən, Azərbaycanda klub azarkeşləri arasında dava çıxırdımı?! Məndə olan məlumata görə yox. Heç “Viləş”lə “Neftçi” arasında dava olubmu? ..Mən biləni olmayıb.

Yadımdadır, bir dəfə dalaşan XL-li azarkeşə səbəb soruşmuşdular, səbəb olaraq, “talışlar nə qanır futbol nədir?”1 atmacasını göstərmişdi. Güclü provakasiyadır. Amma doğrudurmu?!
2010, XL-Bakı oyunu, Lənkəran Stadionu
Doğrudur; “Talışlar tupoydur” alqısı sovet dövründə də mövcud olubmuşmu, onu da bilmirəm, amma mən TV-yə baxandan bəri, bütün satirik şoularda “12-dən sonra işləmir” tezisinin dallandırılaraq, tupoyluq həddinə çatdırılmasına şahid olmuşam.

90-larda Azərbaycandakı azlıqlardan ləzgilər tirpaşlıq edirdilərsə rusların şotuna; sabah talışlar edəcəklər, öz pullarının şotuna. Müariz Msimov isə real maddi xeyriyyəçiləri ola bilər. Məsimovun nə qədər separatçı, və ya digər sözlə, talış milliyyətçisi olması ciddi sübutlar gərəkdirən iddiadır. (Amma ağlımıza gələn başımıza da gələ bilər. Onsuz da burdakı söhbət səsli (yazılı) düşünməkdən başqa bir şey deyil.) Di gəl ki, Mənsimovun Kırmızıgüllə cicibacı olması olması adamı “huylandırır”. “Huy”umuz qurusun...

 Yaxşı lap, Mənsimovu qırağa qoyaq biraz daha uydurmağa davam edək. ımm, edim yəni ki. Xəzərin azarkeşlərinin çılğınlığını deyirdim..Aqressiyaya və təhrikə olduqca açıq bir xarakterə sahibdir. Başlanğıcında olmasa da, sonradan bu cür qruplar asanlıqla təhrik sayəsində yönləndirilə bilirlər. Öncə onlarla Bakı klubları arasında davalar, sürtüşmələr yaradılacaq 1, 2. Sonra isə yavaş yavaş digər bölgə klubları ilə (əvvəlcə şifahi atışmalar, sonra tribunalarda davalar sayəsində) eynisi olacaq, ki bu klub da "Gəncə" olacaq. Sonucda hamı onlara qarşı imiş görüntüsü, alqısı, inancı yaradılacaq. 

Bu cür təhriklərə qapılmayan, heç futbol azarkeşi belə olmayan lənkəranlı da öz şəhərinin simvoluna çevrilmiş XL-i sonuna qədər dəstəkləyəcək. Dəstək isə qısa müddət sonra Lənkəranın yox, talışlığın simvoluna çevriləcək XL üçün olasıdır. Necə ki, bir vaxtlar Türkiyə superliqasında oynayan “Diyarbekirspor” kürd milliyyətçilərinin yaşıl meydanlardakı düşərgəsinə çevrilmişdi, öz səslərini duyururdular, yenə İRR-da “Traxtor”un azarkeşləri eyni şəkildə türklük şüarları səsləndirirlərsə, həmçinin bir müddət sonra “XL”, talış milliyətçilik hərəkatının mərkəzi ola bilər, və mən təxmin edirəm növbəti 5-10 il içində olacaq. 
Bu şərhlər, 10 ay əvvəl bir "Feysbuk" qrupunda istifadəçilər tərəfindən yazılıb. (4)
Belə bir olasılıqdan qaçmaq mümkündürmü? Məncə hələ də mümkündür. XL-ə qarşı bölgədə 2-ci klub olmalıdır, yaradılmalıdır. Bu da, Masallı mərkəzli olmalıdır. Və mütləq XL-dən güclü olmalı, və ən azından bölgədə XL-in monopoliyasını sındıracaq səviyyədə olmalıdır. Təəssüf ki, bugün üçün belə təklif irrealdır. Keşkə yazım paranoya olsa..

Ayrıca bunu oxuyun:  AÇIQ SEPARATİZMİN MƏXFİ TƏRƏFLƏRİ

Qanaqlar:
3- http://www.fanat.az/index.php?mod=view&id=23990
4-Gördüyünüz dosya isə 10.02.2011 tarixindəki ekran görüntüsüdür. "Feysbuk"dakı bir qrupda yazılmaqda idi.


Qeyd:

"90-larda Azərbaycandakı azlıqlardan ləzgilər tirpaşlıq edirdilərsə rusların şotuna; sabah talışlar edəcəklər, öz pullarının şotuna." - Bu cümlədəki "ləzgilər" - Sadvalçılar üçün, "talışlar" isə pantalışistlər üçün istifadə edilmişdir. Özünüzü Sadvalçı və ya Pantalışist (və onların törəmələrindən) saymırsınızsa, sizə aidiyyatı yoxdur bu fikrin.
_________________________________________________________________
-Bu yazıdakı məqsəd azarkeş qruplarının içinə sıza biləcək ayrılıqçı qrupların oluşma və xarici mərkəzlər tərəfindən yönləndirilmə ehtimalını dəyərləndirməkdir. Azərbaycan dövləti ərazisində yaşayan etnikləri alçaltmaq və ya təhqir məqsədi güdmür. Əgər bunun əksini iddia edir, mənim düşüncəmin Azərbaycan dövlətçiliyinə zərərli olduğuna inanırsınızsa,

1-Azərbaycan Respublikasının Baş Prokurorluğuna ( Əlaqə)
2-Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə (Əlaqə)
3-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (Əlaqə)
4- və ya uyğun gördüyünüz müvafiq struktura şikayət edərək, yayımın yasaqlanması üçün cəhd edə bilərsiniz.

Əgər bunları eləməkdən imtina edib, fərqli üsullarla təhqiredici, alçaldıcı, hədələyici vs mesajlar yazacaqsınızsa, deməli mən çox doğru məsələ haqqında düşünmüşəm və bu sizi qıcıqlandırıb. Yəni ki, mədəni formada durun sss...