expr:class='"loading" + data:blog.mobileClass'>

24 Kasım 2010 Çarşamba

Təbliğat&Təşviqatda Axrıncı Yol !

"Səs vermək kayfdır" (Katalonya Sosyalist Gəncləri)
28 noyabr Katalonya Parlament



16 Kasım 2010 Salı

Me llamo Manolo

-“Como te llamas?” sualına adımı deyib özümü təqdim etdim Lukasa. O da öz növbəsində yanındakını  “Alfonso” deyərək, tanıtdı.
 Köhnə xasiyyətimdir, həmişə tanıdığım bir nəfər mənə öz yanındakını tanış edəndə, “harda görəcəm e onu bir də?!” deyib heç cəhd də eləmirəm adı yadda saxlamağa. Əgər həmin adamla ikinci dəfə qarşılaşası olsam, “adın necəydi?” deyib bir təhər günü qurtarıram. Amma üçüncü dəfə ləzzət eləmir. Çünki



10 Kasım 2010 Çarşamba

İncəsənət bic deyil!

Geçən gün, bir blogçunun “Caucasus Edition” proyektindəki bir yazısını oxudum. Mən yazını bir sözlə “özənti” olaraq etiketləsəm də, müəllif etiraz etdi, sonra anlamadığım bir formada məni “yola verdi”. Yazının başlığı “Art has no nationality” (İncəsənətin milliyyəti yoxdur) idi. Etiraf edirəm, adına özəndim. Şux durur türkün sözü..

Yazısına Kikeronun (Marcus Cicero) “I prefer the most unfair peace to the most righteous war”  sözləri ilə başlayaraq nə qədər pasifist olduğu mesajını verib. (latıncasını tapammadım, tapsaydım məqaləm daha şux durardı türkün sözü) Qoyun, mən də “Ədalət hardadırsa, orda ol!” sözlərimlə ədalətə olan həssaslığımın mesajını verim.

Bəli, yazar, incəsənətin milliyyətsiz olduğu iddiasını daha sonra belə dəstəkləyir.



7 Kasım 2010 Pazar

7 Noyabr MM Seçimləri

Türkiyədə Məclisə PKK soxan demokratiya, deyirlər səndən bizdə yoxdur, fərarilərdən mənə vəkil olsa a demokratiya, incimə, səndən istifadə edən, deməli, çoxdur.


Hz. Ibrahimin qövmü və müsəlmanlar.


Bir öncəki yazımda, insanların bir birinə dözümsüzlüyün geriləmə olduğunu anlatmağa çalışmışdım. Bizdən, bəyənmədikləri-dözmədikləri yaşam tərzimizi evə həbs etməyi tələb edənlərlə, inkişafın mümkünsüzülüyün düşnürəm. Bu mənada,  Müsəlman dəyərlərinə partapart saydıran söz pəhləvanlarına uyğun gördüyüm tutumu sizlərlə paylaşmaq istəyirəm.




Ev Həbsxanasındakı Düşüncə


Ev yoldaşım Alfonso ilə fərqli mədəniyyətlərə bağlı insanların bir yerdə yaşayabilməsi haqqında danışırdıq.
Əvvəlcədən deyim ki, İspaniyanı olduqca tolerant, dözümlü bir məmləkət olaraq müşahidə elədim. Həmsöhbətim isə, Andalusiyadandır ateistdir , insanların kültür səviyyəsinin artdıqca, dini qırağa qoyduğuna inanır, əlində isə ateistlərin ali kültür səviyyələrini göstərən statistik iddialar var. Ortadakı reallıq da bunu göstərir onsuz da. Ən azından görüntü onların lehindədir, bu dəqiqdir.
Söhbətimiz isə, İspaniyada və eləcədə Avropada, (qara) çadralı və (uzun) saqqalı insanlardan duyduğu rahatsızlıq üzərinə.



Sıçmak ve Yalan

Sıçmak ve Yalan!

Sıçmak ve Yalan konuşmak! Ne kadar insani şeyler. İkisi de insanı tanımlamakta çok önemli 2 eylem. İkisi de tüm insanların yaptığı şey.
İkisi de herkesin yaptığı fakat, ayıp saydığı, utandığı şey.  İnsan ikisini de gizli yapar, ama eninde sonunda diğerleri de bilir durumu.

Çocukluktan başlar ikisi de..



Yüngülvari Düşüncələr - 1: Məmməd Əmin Rəsulzadə və Çar Ordusu

Məmməd Əmin Rəsulzadə bizim nəsil gəncləri arasında o qədər populizə olub ki, onun bir kitabını belə oxumamış, köhnə puldakı şəklini ciyəz görmüş bir cavanımız belə Rəsulzadənin nə qədər dahi-uzaqgörən vs olduğunu dəfələrlə sadalaya bilər. Doğrudur, “Həqiqətdə isə mücadilə davam edir” cümləsi bəs edər onu dahi elan etməyə.* Əslində onun bu cür o qədər gələcəyə ümid dolu fikirləri var ki, oxuduqdan sonra məndə belə bir düşüncə yarandı ki, bu insan yaşadığı dövrün yox, bir müddət sonranın adamıymış, sadəcə qismət belə gətirib ki, tez gəlib dünyaya. Amma unutmamalıyıq ki, o da bir siyasətçidir-müvəffəqiyyətdə səbat etməmiş olsa da, onun da öz prizması var. Və yeri gələndə sözlərinin dozasını da öz bildiyi kimi artıra bilir.



Düşməni Tanımaq

 Sahənin peşəkarları daha yaxşı bilər, psixologiyada belə bir olqu var; Bir insanın yetkinlik dövründə özünü necə aparması, uşaqlıq və yeniyetməlik dövründə məruz qaldığı davranışların əks-təsiridir-nəticəsidir. Hətta bu şəxsiyyət oluşumuna hamiləlik dövrünü də qatırlar. Son dövrün araşdırmaları da bu tezisi dəstəkləməkdədir. Bir çox davranış pozğunluqlarını müalicə etmək üçün də psixoloqlar insanın seanslarla keçmişinə qayıdıb, xəstəni həmin problemlə üzləşdirirlər. Doğurdan da qorxularıya, nifrətiylə, tabularıyla üzləşən insan daha kontrollu olur, özünü idarə etməyi, vəziyyəti daha məntiqli dəyərləndirməyi bacarır.

 Hər millətin də belə qorxuları-tabuları olur. Amma əvvəlcə bizim millətin davranış pozğunluğundan danışmaq istəyirəm.



Düşüncə-Bəxt-Təslimçilik

Düşüncə-Bəxt-Təslimçilik

Bir imtahan sezonu daha qapandı, növbətiyə sıra gəlsin deyə...
Düzdü mən TQDK-nın imtahanına mırta girmiş bir insanam. Amma mırta girməyənlər mənim vətəndaşlarımdır.Ki həmin gənclərlə mütləq üzləşməli olacam gələcəkdə...
Təhsildə olan yolsuzluqlar haqda çox eşitmişik. Yəni tələbələlər durmadan günahı qarşı tərəfə -müəllimlərə atır. Necə ki vətəndaş daima dövlət məmurlarını günahlandırır, o məmurun özünün qonşusu-qohumu,tanışı-bilişi olduğunu unudaraq. Son vaxtlardadır, tək-tük də olsa, “öncə özündən başla” şüarları səslənir...Və təbii ki, bu fikir problemlərin kökündən həllində ən əsas amildir.



Biz Despotuq!

Ailə Dövlətin Nüvəsidir*.

Yəni Dövlət böyük bir ailədir. Bu gün dövlətdən demokratik addımlar gözləyən gözlər, məncə bəzən özünü itirmişcəsinə Quran ayələriylə müqayisə edilən konstitusional maddəyə bir də baxsınlar.

Mən digər toplumları yox, öz cəmiyyətimizi əsas götürməyə çalışıram. Çünki bu formada məsələyə yanaşmaq, bizi reallıqda sabit saxlayar. Öz realitəsinin fərqinə varanlar isə arzularına da o ölçüdə ciddi yanaşar.



Çelişki

Bizim doğru,yaxşılıq bildiklərimizə, bu gün pislik,cahillik deyirlər!

Taa uşaqlıqdan bəri,həm ailəmdə,həm də məktəblərimdə mənə vətənin qutsallığı (1),toxunulmazlığı (2) öyrədildi.”Vətən-Anadır” deyildi.Qəbul edirəm,elədir.Vətən olmazsa,dövlət də,millət də olmaz,deyə izah edildi.Bütün “aristokfos”ların heyranı olduğu Yunan-Latın feylozofları da buyurmuşlar -və bu gün demək olar ki,bütün dövlət konstitusiyalarınca da qəbul edilmişdir – ki, dövlətin ən kiçik modeli,nüvəsi ailədir (3). Bu fikirlə də razıyam. Qəbul edirəm ki, dövlətin, millətin, vətənin ocağı ailədir.

Və yenə o anayasalar, qanunlar hamısı bir ağızdan vətənin toxunulmazlığını elan edərkən, qorunması gərəkdiyini təhsil və tədris ocaqları vasitəsiylə hamının beyninə həkk edir, həm də deyir ki, bu toxunulmazlıq üçün, öldürə bilərsən! (4)