Demək
olar ki bütün siyasi tənqidlər hədəflərini hiyləgər və alçaq idarəçilər və
onlara inanan və onların ardınca gedən sadəlöhv və avam, bir o qədər də məsum dəstəkçiləri
olaraq 2 yerə ayırır:
Alçaq
idarəçilərin bağışlanma şansı nə qədər azdırsa, onların dəstəkçilərinin bağışlanma ehtimalı o qədər çoxdur. Çünki bu
gün birini dəstəkləyən sabah başqasını, təndiqçinin özünü belə dəstəkləyə bilər.
Bu
baxımdan hamı dəstəkçilərə nisbətən ehtiyatla yanaşır.
Nə də olsa, bütün
oyunlar dəstəkçilər - idarə olunanlar üzərinə
qurulur.
Beləcə
mən də Gülən Camaatının içindəki saf, inanmış, məsum minlərlə xoş niyyətli
insanın varlığından yaxından məlumatlıyam, şahidəm hətta. Bu avam və məsum insanlar, hərçənd ki əksəri
Zaman qəzetindən başqa qəzet oxumadıqları halda, absolut inanışları səbəbi ilə
Zaman qəzetinin ancaq doğruları yazdığından əmin olduqlarından, bu qəzetin çəkdiyi
çərçivə daxilində, dünyada nə baş verdiyindən tam olaraq məlumatlı hiss edirlər
özlərini.
Ona
görə də bu qəzetin və onun fısıltı versiyası nın– “Abiler diyor ki..” – Gülən
Camaatını istədiyi kimi yoğurduğu məlumdur.
Gələk
Gülən Camaatının Korrupsiyaya münasibətinə..