1918-ci ildə, Osmanlı Ordusu Bakıda sadəcə militar olaraq yox,
bürokratik düzənləmələrdə də fəal iştirak edirmiş. Mənbələr göstərir ki, bu
zaman yerlilərlə Osmanlı zabitləri arasında maraqlı hadisələr də baş verib.
Əliabbas Müznib deyirdi ki, Tofiq bəy (Maştağa dəstəsi) belə bir
əhvalat nəql edirdi:
«Kəndisini, özbaşına «Cümhuriyyət» elan etmiş bir vilayəti
zəbt etdik. Vəzir-vükəla kəndi məiyyətilə hüzuruma varıb, vükəlanı birər-birər
bana təqdim etməyə başladı: «Şu xariciyyə naziri, şu daxiliyyə naziri, digəri
ticarət naziri və sairə...» tam on yeddi nazir. Abdal həriflərin ərazisi
başdan-başa heyvərə dağlar, sıldırım qayalar, heç bir dəniz hüdudları olmadığı
halda, hətta bəhriyyə naziri belə təyin etmişdilər. Qəzəblə sordum: «Yahu, şu nə?!
Oturan yerim boyda bir məmləkətiniz var, şu kadar nazirə nə hacət?! Bir vali
kifayətdir!»