expr:class='"loading" + data:blog.mobileClass'>

29 Aralık 2010 Çarşamba

Varıymış

Nələr gördüm, gəşt elədim dünyanı;
Hər bir işin qilü-qalı varıymış.
Yaxşı günün olurmuşsa yamanı,



27 Aralık 2010 Pazartesi

Seçkilər: Zəiflərin Güclü Seçimi.


 Neçə gündür,  düşüncələrimin sadəcə başlıqlarını  yazıram bilgisayarımda. Tamamlamağa çalışıram. Bir müddətdən bəridir masaüstündə saxladığım mövzulardan biri də bu idi – Seçki Sisteminin boş, lüzumsuz və hətta məntiqsiz olduğu.

 Siz səs verəndə necə və kimə verirsiz? O dəyqə böyük fikirləşib, olayı parlamentar səviyyədə ələ almayın. Altdan gedək hələ ki. Dayaan! Lap elə parlamentar səviyyəyə çıxardaq.



19 Aralık 2010 Pazar

Tıq Tıq Xanım və Azad Seks

Bəlkə siz də baxmısız, Les Schtroumpfs (Cırtdanlar) çoxserialı cizgi filminə. Son dövrlərdə ortada gəzən iddia haqqında isə heç fikrim yoxdur. Filmi uşaq vaxtı Show TV-də görmüşdüm, mənə maraqlı gəlməmişdi heç. Ona görə də iddianın doğruluğu haqqında iddiam da yoxdur. Amma nəticədə maraqlı bir iddia idi. Bu kimi mətnaltı mənalar buluşları gerçəkləştirən yetərincə videolar var.



Mən də keçən günlərdə yenidən baxdığım Tıq Tıq xanımda mənə qəribə gələn bir hal ilə qarşılaşdım.



13 Aralık 2010 Pazartesi

Yüngülvari Düşüncələr-3: Başörtüsü Əyarı


Tətilə çıxmadan 1 gün əvvəl youtube -dan izlədiyim “dindarların hicab mitinqi”, mənə maraqlı gəldi. Bu qədər erkəyin qadın örtüyü üçün yığışıb “hicab bizim qeyrətimizdir” hayqırması diqqətçəkicidir. Yaxşı döyül, baxma, Azərbaycanda keçən əsrə qədər  “arvad yaylığı” namus simvolu olub! İndi həmin ruh vətənimizdə yenidən ağızbir insanlar yığını oluşdurub. Qomnis yoldaşlar, bunu ölkənin cəhalət pəncələri arasında düşmə; faşis qardaşlar, “oğraş” farsların oyunu ilə insanımızın “mundar” ərəb hiyləsinə yenilməsi şəklində yozdular. Azadlıq radiosu, VOA-ya qulaq asıb, “demokratiya popuxeylağı” olanlardan bir qismi “azad iradənin” təklənməsi, digər qismi isə



10 Aralık 2010 Cuma

Yüngülvari Düşüncələr-2: “Xəzər Lənkəran” və “Talış Milliyyətçiliyi”


Bir az da işimlə əlaqədar Azərbaycan Futbolunda, daha doğrusu mətbuatda yazılanları tez-tez oxumağa məcbur oluram. Yəqin sizə də məlumdur “Xəzər Lənkaran”ın tərəfdarlarının fanatikliyi. Əslində mən buna futbol fanatizmi yox, Azərbaycanın çörəyindən yemiş, suyundan içmiş hər bir insanın canında olan, tirpaşlıq deyərdim. Atalar məsəli var,