expr:class='"loading" + data:blog.mobileClass'>

4 Nisan 2013 Perşembe

Piramida



Hardasa 3 il əvvəl Türkiyədəki tələbələr arasında QNET xəstəliyi (quest.net) yayılmışdı. Harda geridə qalmış topluluqlar var, orda ortaya çıxır. Bu ticarət növünün necə işləməsi haqqında, plan-proqramı haqqında google-da axtarış edib, forumlarda oxuya bilərsiniz.


Dostlarım da bu ticarətə qurşanmışdı və israr edirdilər ki, mən də qatılım. Lakin hərifləyəmmədirlər.  Bir dəfə onlardan gizli, ticrətin marketinqini, baş bişirməyin üsullarını izah edən “8 tuğla” adlı oriyentasiya kitabçasını ələ keçirdib, fəndlərini də öyrənmişdim.
Ən yaxın dostlara belə işin özü əvvəlcə gizli saxlanılır, tanıtıma göstərişli, dəbdəbəli geyimdə şəxslərin cəlbi, sonra utopik xəyallarla qısa yoldan zənginlik vədləri. Əgər bütün bunlara rağmən hələ də bu ticari şəbəkəyə qoşulmursansa, sənə “qoyun, dar beyinli” kimi aşağılamalar eləməkdən də çəkinmirlər..
  
Mən həmişə, bu ticari şəbəkəni dini şəbəkəyə-camaatçılığa bənzədirəm. QNET (və bənzəri piramida şəbəkələri) qısa yoldan varlanmağı (dünyada cənnəti), din (camaat, təriqət) də əsl cənnəti vəd edir.



Siyasətin Manısları



Etiraf edirəm ki, bu gün mövcud olan gənclik quruluşlarından yalnızca “Nida” təşkilatı gənclər arasında vibrativ özəlliyə malikdir. Məhz bu səbəbdən də, ona qeyr-ixtiyari olaraq, öz ölçüsündən böyük ümidlər yüklənir, daha sonra isə tənqid olunur.
Tıkla söhbəti oxu
Bildiyiniz kimi, islam dini varlığını elan etməmişdən əvvəl  40 nəfərin imanını gözləməli olmuşdur. Həmin 40 nəfərin arasında isə hər təbəqədən adam var idi; əsilzadə, tacir, varlı, kasıb, qul, hərbçi, qoçu vs...

Bu sayədə, islam hər təbəqəyə rahatca çatdırıla bilinirdi.

Diqqət çəkmək istədiyim isə bu fərqli insanları birləşdirən iman anlayışı, islamın gətirdiyi qardaşlıq anlayışı sayəsində aralarındakı güvən duyğusudur. Bu insanlar, gizli toplantılar keçirir, lakin basqın yemirlər. Çünki səmimi olublar. Bu insanlar sadəqət abidələridir.

Haqq isə haqqdır, hansı dövrdə gəlməyindən asılı olmayaraq.

Bugün özlərini “haqq”lı iddia edən, nidaçıların vəziyyətindən gələk..