expr:class='"loading" + data:blog.mobileClass'>

11 Nisan 2011 Pazartesi

Neo Dədə Qorqud ©

Bəli, artıq Neo Dədə Qorqud© adı hüquqi olaraq da mənə aiddir. Ya da bilmirəm, qanunları zadı bilmirəm. V'opşum, hüquqi boşluqlardan, fürsətlərdən istifadə eliyib kimsə, nəsə nito hərəkətə niyyətlənməsin.

Beləliklə, 7 Noyabr 2010-da gəldiyim blogspota, lakin bu tarixdən hardasa 6-7 ay əvvəl başladığım düzənli Neo Dədə Qorqudçuluğa, artıq



səhifəsində davam edəcəm. Ayrıca, bütün dədəqorqudluq eləmək istəyənlərə də qapım açıqdır. neodedeqorqud@yahoo.com adresinə yaza biləsiniz.



7 Nisan 2011 Perşembe

Təkərə Düşən Tərcüməçi

Təkərə Düşən Tərcüməçi
və ya ədəbiyyatımız

 Bilmirəm, hardansa keçən gün rastıma bir xəbər*  çıxdı. Bildiyim dillərin ədəbiyyatlarının azərbaycan dilinə olan tərcümələrini, və ümumiyyətlə bu dillər-azərbaycan dili bağlantısı olan xəbərləri təqib etməyə çalışıram. Danışacağım söhbətin xəbəri isə Xanəmir Telmanoğlu adlı bir tərcüməçinin kitabsevərlərə təqdim elədiyi yeni tərcüməsidir: Paulo Koelyonun “Öküz Arabasını Satan Dərviş” kitabı

  Kitabın cildində yazıçının soyadının KOELHO şəklində yazılması diqqətimi çəkdi. Çünki orijinalda Coelho olan ad, azərbaycan dili qanunlarına görə Koelyo yazılmalı idi. Elə ordaca mızını qoydum ki, cildində səhvi olan kitabın içi necə olar.

Dedim qoy baxım görüm, orijinal adı nədir əsərin. Axtar axtar...



2 Nisan 2011 Cumartesi

Azadlıq və Xoşbəxtlik

Azadlıq...

Mən keçən yazımda, edilən hər əməldə mutlu olmaq güdümü olduğunu yazmışdım. Həmçinin azad və qul olma tərcihində də mütləq və mütləq mutlu sona varmaq, mutlu olmaq ehtiyacı var, deyə düşünürəm. Bəs azadlıq nədir?



Azərbaycanı Tanıtma.

 İstər soyqırım olsun, istər turistik olsun, hətta istər demokratiya şousu/göstərisi/göstərişi/səs duyurma cəhdi olsun, bizim insanımız öz həqiqətlərini ixrac eləmək istəyəndə ilk yönəldiyi dil ingilis dilidir. Ən yığcam səbəb isə, ingilis dilinin beynəlxalq dil olmasıdır.

Gəlin, əyri oturaq düz danışaq. İngilis dilində danışan ölkələrin, heç qozunadır Azərbaycan ya sənin insan haqların? Əgər ömrünüzdə,



1 Nisan 2011 Cuma

Yüngülvari Düşüncələr - 6: Xoşbəxtlik və Ölümsüzlük

Keçən gün, fəsəfə dərsində müəllim Əflatunun fikirlərini yorumlaya yorumlaya gəldi öz olaraq bu fikrə çıxdı:

Cəmiyyət, həmçinin insan, 3 meyldən ibarətdir: İntelektual, Cismani və cinsi.

Cəmiyyət səviyyəsinə çıxardanda intellekti-alimlər, filosoflara, cismani- dövlət adamları, əsgərlər, cinsi meyli isə adi insanlara tay tutur. Mükəmməl olanın isə, bu üçünün bir insanda birləşməsində olacağını dedi.
 
Amma bu üçünün, eyni adamda olamamsına rəğmən, yəni bir insan mükəmməl olmasa belə, sahib olduğu bu meyllərdən birini eləməyə mütləq davam edir. Məsələn



18 Mart 2011 Cuma

"11 Mart", Hökümət, və BİZ!

 "11 Mart"-ın elanının gedişatını ilk dəqiqələrdən izləməyə başladım, və elə ilk dəqiqələrdən də mövqeyim qəti oldu:

"11 Mart" çağırışının səhifəsi
Təşkilatçılardan tanıdıqlarımın hamısı xaricdə idilər, biri isə mənim üçün fəraridir. Digərlərini isə tanımıram. Tanımadıqlarım, “fərari”nin və xaricdəkilərin ulusa səslənişi, mənim üçün qeyri-ciddi səsləniş idi. 

Elə ilk dəqiqələrdən reaksiaylar 1 pozitivə, 2 neqativ gedirdi. Hər nə qədər də hər iki tərəf də, qarşı tərəfin azarkeşlərinin “feyk”lərlə dolu olduğunu iddia etsə də, məncə bugünkü mənzərə düzdür. 2-yə 1, Status Quo tərəfdarları daha çoxdur. Mən də Status Quo yanlısıyam.

“İnqilab”a qarşı gələnlərin heç də hamısı hökümətdə çörəklənmişlər deyildilər; dediyim kimi mövcud düzənin hələlik qalmasından yana idilər. Niyə?



13 Mart 2011 Pazar

Mən Vətəndaşam

2 Fevral 2011-də dostlarıma paylaşdığım qeydim:

"Mən vətəndaşam, konstitusiya məhkəməsi-hakim-dövlət deyiləm. Vətəndaşam. Mən vətəndaş kimi o konstitusiyadan da razı deyiləm. O konstitusiya hamını razı salmaqdan ötəri, balans yaratmaqdan ötəri uydurulmuş yazılardır. Mən isə, vətəndaşam, şəhərin sadəcə vətəndaşı, mənim öz qanunlarım var. Bu şəxs dövlətlə pazlaşmaq üçün bu cür hüquqi boşluq oyunlarını oynaya bilər. Həmçinin dövlət də ona haqsız davrana bilər amma mənimlə yox.

Əsgərlikdən yayınan hər kəs, digər vətəndaşın haqqını pozur.


7 Mart 2011 Pazartesi

Azərbaycan Cümhuriyyəti (Kitab Yüklə)


Kitabı yükləyə bilərsiniz, amma deffektləri mövcuddur, bəzi yerləri bulanıq çıxıb. Tələbəmə verdim ki, tarasın (scan), o da belə yarıdıb. Uşağı buyur, dalınca yüyür. Daha yaxşısı əlinizə keçənə qədər, istifadə edin.  



28 Şubat 2011 Pazartesi

Üç Söhbət Birdən...

Əvvəlcə Qulaq Asın:

  

Deməli, yaxın dostlarıma bunu fərqli zamanlarda demişəm, amma dedim bir xalqa da deyim bunu. Burda  yazdıqlarımı oxuyanlar, aşağı-yuxarı həmyaşıdlarımdır. Ona görə də 90-lar, müharibə dövrü televiziya yayımlarına yaxşı tanış olar bu musiqilər. Qulaq asdığınız bu parçaları mən də, ilk dəfə AZTV, ANS TV-lərdə eşitmişəm. Sizin kimi mənim də beynim bu mahnılarla məlum görüntüləri bir biriylə bağlantılı hala gətirməyə şərtlənib.



18 Şubat 2011 Cuma

Yasaq Quşlar (Tərcümə ©)

Bu gün, başqa bir tərcüməni oxudum, qaynaq göstərmədə də sıxıntı yaşamışdılar. Ona görə tərcümə edib, dostlarımla paylaşıram.


1976, Azadlıq Həbsxanası: Yasaq Quşlar

  Uruqvayda siyasi məhbuslar, icazəsiz danışa, fit çala, gülə, mahnı oxuya, sürətli gəzişə, hətta digər məhbusla salamlaşa bilməzdilər.



30 Ocak 2011 Pazar

Məmməd Əmin Rəsulzadə və Gənclik

Insanların ilahlaşdırılmasından həzz almıram. Düzdür, müsəlmanam, və peyğəmbərlərə sayqılı oluram. Amma ən möhtəşəm düşüncələrin, işlərin, vs sahibinin belə heykəlləşdirilməsini doğru saymıram. Çünki heykəlləşmiş dahilərin, bu maddə ilə insan kimi aramıza döndüyü, sıradanlaşdığı, dəyərsizləşdiyi alqısı yaranır məndə, və beləcə onların düşüncələrinin mənəvi dəyərini itirdiyinə qane oluram.

Dəfələrlə fürsətim olsa da, sırf onu da maddələşdirərəm deyə, süni olacaq deyə, Məmməd Əmin Rəsulzadənin də qəbrini görməyə getməmişdim. Həmçinin eyni zehniyyətlə Anıtkabirə də getmirdim. Bir insanın özünün yox, düşüncələrinin simvollaşmasına xoş baxıram.

Belə, bu gün, bu əhval ruhiyyə ilə getdim. 31 yanvar 1884 doğumlu Rəsulzadənin, doğumgünü səbəbiylə təşkil edilmiş qəbrüstü ziyarətinə.



26 Ocak 2011 Çarşamba

Yüngülvari Düşüncələr -5: Orduya Soyunanlar və Ordudan Soyudanlar

  Orduya Soyunanlar*
Və Ordudan Soyudanlar

Keçən günlərdə, son 2 ildə özəlliklə internet gəncliyinin gündəmini məşğul etmiş 2 bloqçunun azadlığı və arxasından “dünyanın bir nömrəli universiteti”ndən məzun olmuş, millət vəkili namizədinin bir müddətliyinə gözaltında saxlanılması xəbərləri yırğaladı elektron mətbuatı.

 Hərənin həssas olduğu məsələlər, öncəlikləri sırasında fərqliliklər mövcuddur, hamı öz həyatını yaşayır, neyləmək olar, gərək sayğı duyaq. Mənim də öncəliklərimdən, həssas olduğum məsələlərdən biri də ordudur.

Yaxın çevrəm, uşaqlıqdan tanıdığım-ağzını müxalifət yoluna qoymuş və uşaqlıq illərinin müxalif sloqanlarını deməyi vətənpərvərliyin şah nöqtəsi saymış, xarici ölkədə ali savad almış, və ondan sonra da, hazırkı hökümətə-rejimə-sistemə-xalqa-mentalitetə-vs söyərək, hərbi xidmətdən yayınmağa minlərlə əsas gətirən dost, yoldaş, tanış-bilişlə doludur. Bəlkə bu sətircikləri oxuyan ey oxucum sən də bu fırıldaqlardan birisən!

Niyə fırıldaq?!



22 Ocak 2011 Cumartesi

Azıx Mağarası

Soldakı: Yolanda Xalvo (İspaniya Təbiət Elmləri Muzeyi )

2 ilə yaxındır ki, yadıma düşdükcə "Quql" (Google) üzərindən təqib edirdim mövzunu. Mənə birdən niyəsə maraqlı gəlmişdi mağaranın işğal dönəmindəki durumu. 2002-ci ildən etbarən yenidən başlayan Azıx Mağarasındakı araşdırmalar 2010-cu ildə hələlik yekunlaşdırılıb. 



10 Ocak 2011 Pazartesi

Alim Qasımov Paris Diskolarında


"Gəlin imana dinə,
Pünhana səs gəldi yenə
Çıxacaq yaxşı günə..."

Di mən nə deyim qağa...



9 Ocak 2011 Pazar

Yüngülvari Düşüncələr -4: Əks Hücum - Mədəniyyət




Bu gün ölkəmiz, millətimiz sadəcə ermənilərlə müharibə şəraitində deyil. Bu gün əslində bütün dünya bir biriylə insanlığın bəlkə də başlanğıcından etibarən var olan, mədəni müharibənin, sadəcə bir dövrünə həm şəhid olur, həm yaşayır, həm iştirakçısı olur. Biz isə bir çox şeydə yenik durumdayıq, bəlkə də hər şeydə. Silahlı mücadələlər, qısa olur, amma heç də hamısı mücadələyə son nöqtəni qoya bilmir. Əminəm ki, insanlığın tarixini dəyişdirmiş, yeni istiqamət vermiş döyüşlər-zəfərlər o qədər azdır ki, bərkə düşüb sayası olsaq, yarısından çoxunu ortaya çıxardan tapılar. 

Amma ki, bu mədəni müharibə dediyim şey, qalıcıdır, həlledicidir. Biz türklərin yaman pis xasiyyəti var:



3 Ocak 2011 Pazartesi

Manıs Diplomatiyası

İnternetdə gəzişərkən gördüyüm maraqlı bir video. Məclisin Ermənistanda təşkil edilib edilmədiyi naməlumdur amma, məclisin dili həm ermənicə, həm də türkcədir (azərbaycan dili).