expr:class='"loading" + data:blog.mobileClass'>

28 Şubat 2011 Pazartesi

Üç Söhbət Birdən...

Əvvəlcə Qulaq Asın:

  

Deməli, yaxın dostlarıma bunu fərqli zamanlarda demişəm, amma dedim bir xalqa da deyim bunu. Burda  yazdıqlarımı oxuyanlar, aşağı-yuxarı həmyaşıdlarımdır. Ona görə də 90-lar, müharibə dövrü televiziya yayımlarına yaxşı tanış olar bu musiqilər. Qulaq asdığınız bu parçaları mən də, ilk dəfə AZTV, ANS TV-lərdə eşitmişəm. Sizin kimi mənim də beynim bu mahnılarla məlum görüntüləri bir biriylə bağlantılı hala gətirməyə şərtlənib.

Biz itirilmişik nəsilik bir baxıma, çünki bizim oyuncaqlarımız, taxtadan düzəldilmiş avtomatlar idi. Psixi pozğunlarıq əksərimiz. Amma ki, bu gün 2011-ci ildə hələ də TV-lərimiz eyni xətanı davam etdirirlər. Senzurasız, açıq aşkar dərisi soyulmuş, üzü parçalanmış, çürümüş, yanmış, tankla əzilmiş cəsədlər, uşaqlı-böyüklü cəsədlərin son baxışlarının aydınca yayımı, və fonda bu cür mahnılar. Ayrıca, əsirlikdəkilərin başlarına gətirilən işgəncələrin təfərrüatlı anlatımları...Ekranda +15, +16, +18 yoxdur...Böyük ehtimal, hələ ki azərbaycanlı ailəsində mədəni atmosfer də ancaq +18 (öpüşməyə) qaş qaldırmağa macal verir. Hə, əzizlərim, aranızdan kimsə, cırtqozluq edib, bu kimi görüntüləri uşaq bərkitmə metodu olaraq görə bilər amma, biləsiniz ki, bu kimi görüntülərlə böyümüş mən, işgəncəyə meyilli (potensial hərbi cinayətkar) olmuşam. Tanıdığım çox yeniyetmə var ki, bunların (əsas da musiqinin) təsirində, ermənilərdən çəkinir, onları qorxulu bir şeymiş kimi təsəvvür edir. Bu yeniyetmələrin erməniləri də ikidəbir söymələrinə isə bir məsəli uyğun görürəm: Dişləməyən it, dişini qıcıyar ancaq.

Olması gərəkən isə, daha uyğun musiqi (şiddətsiz, hürkütücü olmayan) və bulanıq (blur) görüntülər. Qan, skelet, cəsəd, ölü gözü, işkəncə izləri daha diqqətli saatda, daha kontrollu yayımlanmalıdır.
_________________________________________________________

MM və Soyqırım.

Ümumiyyətlə, MM-in soyqırımı tanımadığını iddia etmək düz olmazdı. De fakto tanıyıb. De jure, isə durum bunu gərəkdirir. Çünki biz hal-hazırda məğlub vəziyyətdəyik. Məsələdə, dövlət siyasətimiz gərəyi sülh danışıqları üzərinə davam edir. Olası sülhdə hədəflənən maksimum nəticə isə, Ermənistan Ordusunun bölgəni tərk etməsi və oradakı silahlıların tərki-silah olmaları, kontrolun tam olaraq Azərbaycan Respublikasına keçməsini təmin etməkdir. Yəni sülhlə...Sülh isə belə qısa deyil. Maddələri olacaq, vs vs. Azərbaycan dövləti de jure, “soyqırım” tanımına girsə, sabah teorik də olsa, ehtimal edilən sülh danışıqlarında, “soyqırım”ı məcburən şərt olaraq ortaya qoymalıdır. Bunu isə Ermənistan qəbul etməz, etməyəcək. Hal-hazırda, Türkiyə-Ermənistan məsələsinin də dalana dirənməsinin səbəbi Dağlıq Qarabağ, ermənilərin ərazi iddiası filan deyil...Müzakirələrin ən dirəşməli nöqtəsi "soyqırım"dır. Çünki Ermənistan de jure “soyqırım”ı tanıyıb, və dünyadan bunu tələb etməkdədir.
Azərbaycan isə, ancaq müharibə ilə Qarabağı alsa, ondan sonra MM-də “soyqırım”ı qəbul edər, və Ermənistanla masaya oturarkən, müharibədən qalib dövlət kimi, öz şərtlərini də ona görə ortaya qoyar. İndi MM-dən bunu tələb etmək, məncə sadəcə içsiyasətdə bir variant və bir qədər düşüncəsizlikdir...

___________________________________________________

Muğamat

Bu kütlədən fərqlənmə də kompleks yaradır yəqin. Məsələn, kütlə Mavi Marmaraya görə, İsrailə ana arvad dümdüz gedərkən, “aman, kütlədən ayrılmalıyam” təlaşıyla İsraili dəstəkləyən tipləmələr görməmiş olmazsınız. Bir tərəfdən də, bu tayfagillərə söz deməyə adam qorxur, çünki  adamlar öz açdıqları saytlarında özlərini markalaşdırıblar. Hər açdığım ədəbi internet saytında da, bunları görə görə qəbul etmiş kimi bir şeyik. Özlərini mənə qəbul elətdiriblər ən azından. Qorxum isə, budur ki, söz desəm, oxuyucuları şivənlik edə bilərlər...Bu şey kimidir, Pikasonun hansısa əsərinə, bir mədəniyyətşünasın yanında ağız əymək kimi şeydir...Ha dirəşəsən ki, Pikasonun filan əsəri pisdir də, xeyri olmaz, axırda yenə sən bisavad, görgüsüz, zövqsüz çıxarsan...

Hər nəysə, Aqşin Yenisey, muğamı geriçilik zad sayır...Diqqət edin, olay zövq məsələsi deyil, Muğamdan imtinanı inkişaf kimi təqdim etməyə çalışır....Məncə, "muğam"deyəndə ağla Qarabağ bölgəsi gəlir. Gəlmiş getmiş ən yaxşı muğam ifaçılarına baxın, əksəri qarabağlı olmalıdır. Ola bilər texniki olaraq, muğamın sezonu keçib, amma muğam (məncə) Azərbaycan xalqında Qarabağ Bilincini canlı tutmaq üçün ən gözəl və çalışqan vasitədir. Ona görə də, Muğamçılığa ölkəmizin hələ də ehtiyacı olduğuna qaneyəm...Bunlar mənim fikirlərim idi, sizə görə səhvdirsə, bir dədəqorqudluq da siz edin, mən oxuyum...

* Həmin musiqilər:

1- Fikrət Əmirov, Capriccio
2-Fikrət Əmirov, Cəlladların Rəqsi
3-Jean Michel Jarre - Ethnicolor
4-"Fəryad" b/f musiqisi