expr:class='"loading" + data:blog.mobileClass'>

30 Ocak 2011 Pazar

Məmməd Əmin Rəsulzadə və Gənclik

Insanların ilahlaşdırılmasından həzz almıram. Düzdür, müsəlmanam, və peyğəmbərlərə sayqılı oluram. Amma ən möhtəşəm düşüncələrin, işlərin, vs sahibinin belə heykəlləşdirilməsini doğru saymıram. Çünki heykəlləşmiş dahilərin, bu maddə ilə insan kimi aramıza döndüyü, sıradanlaşdığı, dəyərsizləşdiyi alqısı yaranır məndə, və beləcə onların düşüncələrinin mənəvi dəyərini itirdiyinə qane oluram.

Dəfələrlə fürsətim olsa da, sırf onu da maddələşdirərəm deyə, süni olacaq deyə, Məmməd Əmin Rəsulzadənin də qəbrini görməyə getməmişdim. Həmçinin eyni zehniyyətlə Anıtkabirə də getmirdim. Bir insanın özünün yox, düşüncələrinin simvollaşmasına xoş baxıram.

Belə, bu gün, bu əhval ruhiyyə ilə getdim. 31 yanvar 1884 doğumlu Rəsulzadənin, doğumgünü səbəbiylə təşkil edilmiş qəbrüstü ziyarətinə.
Yüngülvari söhbətlər, xoş danışıqlar. Və təbii ki, xatirə şəkilləri. Hərçənd bu, xatirə şəkli çəkdirməyə də, türklər demiş, “tavım ya”... Adam ölüb, qəbrdə yatır, bizimkilərdən bəziləri qəbri aksesuar niyyətinə fona salıb, şəkillər çəkdirir. Mən buna xoş baxmıram, edən özü bilsin, allahı bilsin.

Həəə..Beynimdə isə 2 sual var idi ora gəlmiş dost, tanış, bilişə soruşmağa.

-Məmməd Əmin Rəsulzadənin hansı kitabını oxumusan?
-“Bir kərə yüksələn bayraq, bir daha enməz” sözündən başqa, hansı sözünü bilirsən?


Gənclik və M.Ə.Rəsulzadə
(israrlar sonrası videonu səsə dönüşdürdüm) 



Birinci sualdan sonra, ikincini soruşmağa ehtiyac görmədim. Zatən desələr belə bunun da şərtlənmiş beyin əzbəri sayar, səmimi qəbul etməzdim. (Bu durum, gənclərin sevgisindən şübhə etməyi gərəkdirməz, sadəcə göstərmək istədiyim, bizim müsəlmanımız da belədir, kitabından xəbərsiz..)

Madam durum xoş deyil, deyirəm Neo Dədəniz Qorqud, sizə bir kitab paylaşsın, Allaha da xoş gedər :))

Çağdaş Azərbaycan Tarixi
Məmməd Əmin Rəsulzadə
Yeni Cezaevi Matbaası
Ankara, 1951