expr:class='"loading" + data:blog.mobileClass'>

2 Ocak 2014 Perşembe

Gülən Camaatının Rüşvətə Münasibəti



Demək olar ki bütün siyasi tənqidlər hədəflərini hiyləgər və alçaq idarəçilər və onlara inanan və onların ardınca gedən sadəlöhv və avam, bir o qədər də məsum dəstəkçiləri olaraq 2 yerə ayırır:
  Alçaq idarəçilərin bağışlanma şansı nə qədər azdırsa, onların dəstəkçilərinin  bağışlanma ehtimalı o qədər çoxdur. Çünki bu gün birini dəstəkləyən sabah başqasını, təndiqçinin özünü belə dəstəkləyə bilər.
Bu baxımdan hamı dəstəkçilərə nisbətən ehtiyatla yanaşır. 

Nə də olsa, bütün oyunlar dəstəkçilər -  idarə olunanlar üzərinə qurulur.

Beləcə mən də Gülən Camaatının içindəki saf, inanmış, məsum minlərlə xoş niyyətli insanın varlığından yaxından məlumatlıyam, şahidəm hətta.  Bu avam və məsum insanlar, hərçənd ki əksəri Zaman qəzetindən başqa qəzet oxumadıqları halda, absolut inanışları səbəbi ilə Zaman qəzetinin ancaq doğruları yazdığından əmin olduqlarından, bu qəzetin çəkdiyi çərçivə daxilində, dünyada nə baş verdiyindən tam olaraq məlumatlı hiss edirlər özlərini.

Ona görə də bu qəzetin və onun fısıltı versiyası nın– “Abiler diyor ki..” – Gülən Camaatını istədiyi kimi yoğurduğu məlumdur.

Gələk Gülən Camaatının Korrupsiyaya münasibətinə..

Fəthullah Gülənin özünün rüşvətə münasibəti  birayrıdır. Bu görüntülərin nə qədər montajlandığını bilmirəm. Amma de fakto Gülən Camaatının korrupsiyaya səmimi olaraq pis baxmadığı faktlarla ortadadır.

Ən əvvəla, “Çağ Öyrətim”-in Lisey və Araz Kurslarında çalışan yaşı 35-dən aşağı olan bütün azərbaycanlı kadrolarını tibbi ekspertizadan keçirdib, onların Hərbi Biletlərinə nəzər yetirmək lazımdır. Eynisini “Xəzər TV” və digər “hizmet şirkətləri”nə tətbiq etmək lazımdır. Əminliklə deyə bilərəm ki, bu qurumlarda çalışan, əsasən idarəçi kadrosundakı azərbaycanlılar hərbi xidmətdən saxta yararsız arayışı ilə yayınıblar. Fikirləşə bilərsiniz ki, bunu fərdi olaraq, bir çox azərbaycanlı kimi ediblər. Ancaq özəlliklə 2008-ə qədər Camaatın təşfiqi ilə şakirtlər hərbi xidmətdən hizmet adına yayınırlar. Fətvası da təbii ki Pensilvaniyadan gəlib.

Bundan başqa yenə bu hərəkata aid şirkətlərin maaşları rəsmi şəkildə göstərildiyi kimi yox, yenə bir çox azərbaycanlının elədiyi kimi, iki parçada ödənir. Yəni araşdırılma zamanı məlum olar ki, Araz Kursları və ya Özəl Türk Liseyinin müəllim kollektivi uzağı 250-400 manat maaş alırmış kimi görsənsə də, ay sonunda şirkətin mühasibatından nağd, vergisiz ödənişlər qəbul edirlər. Bu işlərin də fətvası yenə də Yeni Dünyadan gəlir...(Bunları bu şirkətlərdə işləyən tanışlarımdan öyrənmişəm)

Bunlar mənim ağlıma gələn, və şahidi olduqlarımdır.

İndi sizlər deyə bilərsiniz ki, əgər hamı edirsə, onlar niyə etməməlidir?

Düzü mövcud korrupsiya, vergi anlayışı ilə İslamın uyğun gəldiyini mən özüm də düşünmürəm. Məsələn, Qurani Kərimdə və sünnətdə yeri olmayan o qədər mənasız vergilər var ki, bir müsəlmandan müasir qanunların hamsına riayət etməyini gözləməyi əbəs sayıram bu anlamda. 

Amma bir var bunu açıqca söyləmək, bir də var şou yaradıb, özünü sadiq “roma” vətəndaşı kimi göstərmək.  Gülən Camaatının abiləri özlərini yaxşı “Roma Vətəndaşı” kimi göstərir sadəcə..