expr:class='"loading" + data:blog.mobileClass'>

4 Nisan 2013 Perşembe

Piramida



Hardasa 3 il əvvəl Türkiyədəki tələbələr arasında QNET xəstəliyi (quest.net) yayılmışdı. Harda geridə qalmış topluluqlar var, orda ortaya çıxır. Bu ticarət növünün necə işləməsi haqqında, plan-proqramı haqqında google-da axtarış edib, forumlarda oxuya bilərsiniz.


Dostlarım da bu ticarətə qurşanmışdı və israr edirdilər ki, mən də qatılım. Lakin hərifləyəmmədirlər.  Bir dəfə onlardan gizli, ticrətin marketinqini, baş bişirməyin üsullarını izah edən “8 tuğla” adlı oriyentasiya kitabçasını ələ keçirdib, fəndlərini də öyrənmişdim.
Ən yaxın dostlara belə işin özü əvvəlcə gizli saxlanılır, tanıtıma göstərişli, dəbdəbəli geyimdə şəxslərin cəlbi, sonra utopik xəyallarla qısa yoldan zənginlik vədləri. Əgər bütün bunlara rağmən hələ də bu ticari şəbəkəyə qoşulmursansa, sənə “qoyun, dar beyinli” kimi aşağılamalar eləməkdən də çəkinmirlər..
  
Mən həmişə, bu ticari şəbəkəni dini şəbəkəyə-camaatçılığa bənzədirəm. QNET (və bənzəri piramida şəbəkələri) qısa yoldan varlanmağı (dünyada cənnəti), din (camaat, təriqət) də əsl cənnəti vəd edir.


Sonra bu QNET, Türkiyədə hökümətin vergilənirməsinə ilişdi (Azərbaycandakı kimi), yüksəkli tirajlı qəzetlərdə əlehyində yazılar yazıldı, pisləndi, işlər pisləşdi, şəbəkə mənim tanıdıqlarım, dostlarım baxımında çökdü, bitdi.

Nəticədə nə qaldı, şəbəkənin başındakı dostlarım bir müddətlik yaxşı pul qazandı və xərclədi, insanlara dəyərsiz malları soxuşdurmağı, aldatmağı, marketinqi öyrəndilər, geniş çevrə qazandılar, tanışları artdı. İndi isə öyrəndikləri bu qabiliyyətlə, hərəsi bir şirkətin CEO-sudur.

Onların altındakılar isə, əllərində dəyərindən qatbəqat bahalı aldıqları bəzək əşyaları, bioenerji verdiyi deyilən həndəsi fiqurlar, və heç vaxt getmədikləri turistik paketlər. İndi isə peşmandırlar bu işə girdiklərinə görə.
Yəni kim aktivlik edib çevrəsini qısa müddətdə genişləndirib, piramidasının üstündə olub, altını doldurmuşdusa, qabağa düşdü, altda qalanların isə canı çıxdı..

İndi gəlin baxaq, son dövrün boom gənclik təşkilatlarına/oluşumlarına..

Adlarını çəkə biləcəyim kimlər var: Ramin Hacılı, Bəxtiyar Hacıyev, Emin Milli (soyadı mənə naməlumdur) vs..

Bəs təşkilatın kütləsini əmələ gətirən, kompaniyaların iştirakçıları, dəstəkçiləri?
Onlar piramidanın altda qalanlarıdır, toz kimi sovrulub yox oldular səhnədən..Adlarını da bilən olmadı heç...Həbsə düşməkləri belə piramidanın təpəsindələrə vasitə oldu daha çox, indi xatırlayan belə yoxdu onları..

Adlarını çəkdiklərim isə vaxtında qazananlardır, malı götürən bunlardır. İndi hərəsi yenə bir lahiyənin başında durublar, yeni piramidalar əmələ gətirib, altlarını düzəldirlər..Yenə qazanan onlar olacaq, altdakıların isə yenə də canı çıxacaq.

Bu hadisələr döngüsündə isə ən qəribəsi odur ki, altda qalanlar bununla fəxr edir, vəziyyətlərini müdafiə edirlər.  

Mən o vaxtı dostlarıma, öz QNET-imi qurub ,öz mallarımı soxuşdurmaq mənə daha cazib gəlir, demişdim, yoxsa sistem əladır.