expr:class='"loading" + data:blog.mobileClass'>

4 Nisan 2013 Perşembe

Siyasətin Manısları



Etiraf edirəm ki, bu gün mövcud olan gənclik quruluşlarından yalnızca “Nida” təşkilatı gənclər arasında vibrativ özəlliyə malikdir. Məhz bu səbəbdən də, ona qeyr-ixtiyari olaraq, öz ölçüsündən böyük ümidlər yüklənir, daha sonra isə tənqid olunur.
Tıkla söhbəti oxu
Bildiyiniz kimi, islam dini varlığını elan etməmişdən əvvəl  40 nəfərin imanını gözləməli olmuşdur. Həmin 40 nəfərin arasında isə hər təbəqədən adam var idi; əsilzadə, tacir, varlı, kasıb, qul, hərbçi, qoçu vs...

Bu sayədə, islam hər təbəqəyə rahatca çatdırıla bilinirdi.

Diqqət çəkmək istədiyim isə bu fərqli insanları birləşdirən iman anlayışı, islamın gətirdiyi qardaşlıq anlayışı sayəsində aralarındakı güvən duyğusudur. Bu insanlar, gizli toplantılar keçirir, lakin basqın yemirlər. Çünki səmimi olublar. Bu insanlar sadəqət abidələridir.

Haqq isə haqqdır, hansı dövrdə gəlməyindən asılı olmayaraq.

Bugün özlərini “haqq”lı iddia edən, nidaçıların vəziyyətindən gələk..

Ümumiyyətlə, “Nida” haqqında fikirlərim, onun yarandığı ilk günlərdən bəridir:  Sürü Hekayəsi!
 Müşahidələrimə əsasən bu qənaətə gəlmişəm ki, bu təşkilatın ən yuxarısından, aşağısına qədər, hamısı bir biri ilə uzağı 3-4 ildir tanışdır, münasibətləri isə əsasən rəsmidir, yəni səmimiyyətdən uzaqdır.  Mən, hətta nəinki “Nida”, son dövrlərdə ortaya çıxmış bütün səs-küylü topluluqlara da bunu aid edirəm.  Bu qeyri-səmimi ortamdan doğulan satqınlıq isə güvənsizlik yaradır, lakin bunu inanmıram hansısa nidaçı/neo-təşkilat cəsurca etiraf edə.

Belə ki keçən gün tanış olduğum bir qrup nidaçıda bu fikrim təsdiqini tapır: Mənim olaylar haqqındakı fikrim onlara məlum olduğu halda, öz əqidə yoldaşlarını, yol yoldaşlarını bir bir mənə satırlar. 

Məsələn, bir ara məşhurluğundan da istifadə edib,  11 Martın da son çağırışını edən, hökümətə qarşı sərt mövqeyinə görə bir neçə gün həbsə atıldıqdan sonra, Almaniyaya sığınmış bir nəfərin həbsxanada başına gətirilən faciəvi hadisə (gerçək və ya yalan) şayəsi  “Nida”-nın koordinatoru tərəfindən təsdiqlənir.

Özünü fəal nidaçı kimi görən/tanıdan başqa bir gənc isə, bu təşkilatın iç məsələlərini bir neçə saata mənə deklare edir:  təşkilatın içindəki “mtnşik” (...miz) kimdi, qrup seks iddiaları, təşkilatın aylardan bəri sırımağa çalışdığı “yüzlərlə yeni üzv” boomu vs...

Hətta, biraz dərinləməsinə söhbət edəndə, aydın olur ki, nidaçıların davası çox səthidir, təməli yoxdur. Boş fıçı çok langırdar, atasözü var türklərin..Bir də fikirləşin ki, bu səslər boş otaqda çıxardılır. Boş otaqda, səs exo verər, gur çıxar...Bütün bunların səbəbi, meydanın boş olmasından qaynaqlanır, kim ortalığa düşüb səs salsa, səsi aləmi götürür.

Səs-küylə gələcək qurulmaz, bircə bunu siyasətin gənc manısları da başa düşəydilər..