expr:class='"loading" + data:blog.mobileClass'>

29 Aralık 2010 Çarşamba

Varıymış

Nələr gördüm, gəşt elədim dünyanı;
Hər bir işin qilü-qalı varıymış.
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış.

Haqq sözə gərəkdi düz qiymət olsun,
Qiyməti verməyə mə`rifət olsun,
İnsanda insanlıq, səxavət olsun,
Neylərəm ki, cah-cəlalı varıymış.

Qayım ağa, niyə fikrə dalırsan?
Yoxsa ki özündən hesab alırsan,
Sayılmaz mehmana keçə salırsan,
Saydığın qonağa xalı varıymış.

Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm sözün yeri gələndə,
İnsan üzün görməyəsən dönəndə,
Açılanda xoş camalı varıymış.

Ataş alıb çox da yanma, Ələsgər,
Sənətindən heç usanma, Ələsgər,
Öz-özünə qubarlanma, Ələsgər,
Dünyanın Urustam-Zalı varıymış.


Aşıq Ələsgər