expr:class='"loading" + data:blog.mobileClass'>

13 Aralık 2010 Pazartesi

Yüngülvari Düşüncələr-3: Başörtüsü Əyarı


Tətilə çıxmadan 1 gün əvvəl youtube -dan izlədiyim “dindarların hicab mitinqi”, mənə maraqlı gəldi. Bu qədər erkəyin qadın örtüyü üçün yığışıb “hicab bizim qeyrətimizdir” hayqırması diqqətçəkicidir. Yaxşı döyül, baxma, Azərbaycanda keçən əsrə qədər  “arvad yaylığı” namus simvolu olub! İndi həmin ruh vətənimizdə yenidən ağızbir insanlar yığını oluşdurub. Qomnis yoldaşlar, bunu ölkənin cəhalət pəncələri arasında düşmə; faşis qardaşlar, “oğraş” farsların oyunu ilə insanımızın “mundar” ərəb hiyləsinə yenilməsi şəklində yozdular. Azadlıq radiosu, VOA-ya qulaq asıb, “demokratiya popuxeylağı” olanlardan bir qismi “azad iradənin” təklənməsi, digər qismi isə YAP-ın “nadirən də olsa” tutuğu xeyir əməl kimi dəyərləndirirlər. Əziz oxucum, əgər sən bu kateqoriyaların arasında yoxsansa, təqsirimdən keç..

Əvvəlcə gəlin mövcud rejimin dinə münasibətinə baxaq. YAP höküməti dinə və dindarlara qarşıdırmı?

-Məncə tam olaraq “hə” deyə bilmərik:

Bütün dövlətlərdə olduğu kimi, Azərbaycan dövləti də daima öz mövcudiyyətini qorumağı önplanda tutur. Əsl məqsəd budur. Bu məqsəd üçün ağlınıza gələn nə üsul varsa –monarxiya, diktatoriya, demokratiya, ədalət, hüquq, savaş, barış, din, dinsizlik vs.-hamısı sadəcə və sadəcə dövlətin özünüqoruma mexanizminə xidmət üçün var. Əgər misalən “azad düşüncə” o dövlətin davamiyyəti üçün problem yaratmırsa, və yardımçı olursa, dövlət mexanizmi də “azad düşüncə”ni dəstəkləyər. Əksi əksi deməkdir.

Ölkəmizdə hər nə qədər təhsildə “din” outsayder elan edilibsə də, Özəl Türk Liseylərindən məzun olmuş, insaf əhli hamı deyə bilər ki, bu məktəblərdə dini təbliğat necə olur. Pisdir və ya yaxşıdır, deyə mühakimə etmirəm bu durumu. Amma varsa, gəlin var deyə bilək. Bunu məndən də səndən də yaxşı bilən dövlət adamlarımız və qurumlarımız varmı?-var. Bu məktəblər prezident səviyyəsində öyülürmü?- öyülür.1

Bəs necə olur ki, bu gün başörtülü insanlar təhsil ocaqlarına alınmırlar?

Mən əminliklə deyə bilərəm ki, həmin aksiya iştirakçıları arasında 1 nəfər də TÖL məzunu kişi, Ordubad Qız Liseyi məzunu başörtülü qadın görə bilməzsiniz. Etirazçıların kim olduğu aşağı yuxarı bəllidir.

Vətəndaşın yaşam şəklinin əngəllənməsi baxımından ortada bir məğduriyyət, dövlətin özünümüdafiə mexanizması baxımından isə bir önləm var. Doğru olan isə budur ki, inancı üçün (xaricidən gələn və ya yasağın verdiyi təhriklə) toplanan, indilik aqressiv və şiddətli olmayan, bir gücün və onun etirazının, rahatsızlığının var olduğudur.

Özünüqoruma və davamiyyəti təmin etmə instinktinin gərəyi, ağıllı “toplum mühəndisi” bu gücü yönləndirər. Belə ki, özünü haqqı tapdalanmış hiss edən bir güruhun siyasi təmsili olmalıdır. Əgər dövlət bunu başıboş buraxsa  (qızın özünə qalsa, ya zurnaçıya ya da nağaraçıya misalı), başqası yönləndirəcək mütləq onları.

Nəysə, uzatmadan özətləyim. Deməli əlimizdə var, 1 narazı dindar güruh, və 1 dindar (dinədözümlü, dini ifadə bacarığı olan, arxasına başqa bir dini güc olmış olan) və uysal gənclik –TÖL. İndi özünüz tapın görüm şahmat taxtasında gizli fiqur kimdir?! Olaylar kontroldan çıxsa, dini söyləmlər edəbəcək kimdir? Onun arxasında duracaq kimlərdir, hansı media qurumlarıdır? Həm dövlət mexanizmasına sadiq, həm də TÖL-dən olan gənc kimdir? –Əgər yasaq və etirazlar davamlı olsa, həmin səsi siz eşidəcəksiniz!

Məncə, bizim dövlət dinə qarşı deyil, sadəcə özünümüdafiə güdümü üçün erkən bir önləm alır. Və bugünkü yasaq, uzunmüddətli bir planın ilk etapıdır. Və olay, qətiyyən dindarları sıxışdırma proqramı deyil.


 pS: Keçən gün qəzetlərdə bəziləri hicabın "namus, qeyrət, həya, abır simvolu" kimi təqdim etdilər. Namuskimigillər fəsiləsinə aid məsələlərin hamısı nisbi olduqlarından bu düşüncə ilə razı deyiləm. Çünki örtünmək Allahın əmridir. Əmr isə nisbi deyil. Yəni Allah da nisbi deyil. Bu mənada örtünmək sadəcə itaətkarlıq, razılıq, qulluq simvolodur.