expr:class='"loading" + data:blog.mobileClass'>

19 Aralık 2010 Pazar

Tıq Tıq Xanım və Azad Seks

Bəlkə siz də baxmısız, Les Schtroumpfs (Cırtdanlar) çoxserialı cizgi filminə. Son dövrlərdə ortada gəzən iddia haqqında isə heç fikrim yoxdur. Filmi uşaq vaxtı Show TV-də görmüşdüm, mənə maraqlı gəlməmişdi heç. Ona görə də iddianın doğruluğu haqqında iddiam da yoxdur. Amma nəticədə maraqlı bir iddia idi. Bu kimi mətnaltı mənalar buluşları gerçəkləştirən yetərincə videolar var.



Mən də keçən günlərdə yenidən baxdığım Tıq Tıq xanımda mənə qəribə gələn bir hal ilə qarşılaşdım. Qəribə deyəndə, ilk dəfə alqım fərqli oldu. Cizgi filmin, Abdulla Şaiqə aid bu hekayənin orijinalına nə qədər sadiq qalıb ondan da bixəbərəm. Filmdə çirkin böcək özünə dost axtarmaqla yola çıxır. Əvvəlcə çobana, sonra tülküyə dostluq təklif edir. Bunlardan “Əgər hirsləndirsəm səni, nəylə döyərsən məni?” sualına aldığı cavablar böcəyə sərf eləmədiyindən onların yanından sürətlə ayrılır. Axırda gəlib, lox siçana rast olur. Bədbəxt siçan da, dozanqurdunun istədiyi cavabı verdiyindən, razılaşıb ortaq evə çıxırlar (bəlkə də evlənirlər).

Günlərin bir günü, siçan iş dalınca evdən uzaqlaşır. Dostuna da evdə qalıb, göz-qulaq olmağı tapşırır. Bu durumdan məmnun qalmayan dozanqurdu, quşluq eləməyə başlayır. Yoldan keçən kirpiyə, nəxədi təklifi edir. Kirpi nəysə ki, sağlam xarakterli çıxır ki, o ləzzətli gülüşündən sonra “mənim öz dostlarım özümə bəsdir” deyib gülə gülə aralaşır.
Əslində olayın qopduğu yer də məhz həmin epizoddur. Nəysə ki, dövrün gətirdiyi adətlərə uyaraq, bir böcəyin azad seçim, ən sərf edən dostunu axtarma və tapma haqqını tanıyıram. Amma siçanın arxasından iş pişirməsini xoş görəmmirəm. Siçan da xeyirsiz çıxır, deyəcəm, amma xəbəri olmur axı Kirpi söhbətindən. Sonda böcəyin yenidən çirkin sifət alması hər halda mənim kimi fikirləşənlərin ürəyinə su səpmək üçündür.